Ölkə

Xacmazda yük avtomobili yanıb

Metbuat.az

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Xaçmazda yük avtomobilində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Qusarçay kəndində vətəndaşa məxsus "VOLVO" markalı yük avtomobilinin kabinəsi və arxa təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az