Ölkə

Xaçmazda altı yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

Metbuat.az

Xaçmaz, 3 aprel, Elxan Yusifli,

AZƏRTAC

Xaçmaz rayonunda 8 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.


AZƏRTAC

xəbər verir ki, ümumi uzunluğu 10 kilometr olan yolun tikintisinə bir ay öncə başlanılıb. Artıq tikinti işlərinin birinci mərhələsi yekunlaşıb və yola asfalt-beton örtüyünün salınmasına start verilib. İlkin mərhələdə ağır texnika vasitəsilə yolun üst qatı hamarlanaraq çınqıl tökülüb və yol yatağı genişləndirilib. Bundan sonra yola asfalt-beton örtüyünün ilk qatı salınıb. Hazırda isə ikinci qat asfaltın döşənməsi üçün hazırlıq işləri görülür.


Avtomobil yolunun tikintisinin 2015-ci ilin yay aylarında başa çatdırılması nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.