Digər

Xaçmazda 37 yaşlı kişi intihar edib

Metbuat.az

[ 21 Aprel 2015 18:05 ]



Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri, Dağıstan küçəsində yaşayan 37 yaşlı Mehdiyev Kamran Mustafa oğlu özünü həyətyanı sahəsindəki yarımtikilidə asıb. K.Mehdiyev ailəli olub, 3 övladı var.

Faktla bağlı araşdırmalar aparılır.