Digər

Whatsapp-dan daha bir "bomba"

Metbuat.az

Facebook-a Whatsapp düyməsi gəlir. ANS PRESS-in məlumatına görə, Facebook-un Whatsapp-ı 22 milyard dollara satın alması ilə birlikdə ən böyük mesajlaşma xidməti artıq sosial şəbəkənin nəzdninə daxil olub.



Facebook-un yenilənməsi gözlənilən v31.0.0.7.13 versiysı ilə artıq Whatsapp ilə birbaşa bağlantı əldə ediləcək. Yəni sosial şəbəkəyə daxil olanlar həm də eyni anda Whatsapp mesajları göndərə biləcəklər.



Paylaş düyməsinin yanında “WhatsApp-a göndər" seçimi yerləşdiriləcək. Bu hələlik beta versiyalarda yer alıb. Bir müddət sonra sistem tam şəkildə İOS və Android platformlarındakı Facebook tədbiqinin yenilənməsi ilə işə düşəcək.



Qeyd edək ki, Facebook-a Whatsapp-ı satın aldıqdan sonra bir neçə yenilik edib. Məsələn, göndərilən mesajları gördükdə qoşa göy xətt görünür, bundan başqa artıq mesajlaşma xidmətinə zəng funksiyası da daxil edilib.





Mənbə
ANS PRESS