Ölkə

Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş olub

Metbuat.az

[ 01 Aprel 2015 02:49 ]



Bakı. Mәlahәt Nәcәfova-APA. Vyanada ATӘT-in Minsk qrupu üzvlәri ilә hәmsәdrlәr arasında Dağlıq Qarabağ münaqişəsi ilә bağlı danışıqlar baş tutub.

APA-nın mәlumatına görә, bu barәdә amerikalı hәmsәdr Ceyms Uorlik özünün "twitter" sәhifәsindә yazıb.

"Dağlıq Qarabağ münaqişəsi ilә bağlı tәdbirlәr vә növbәti addımlarla bağlı Vyanada ATӘT-in Minsk qrupu nümayәndәlәri ilә faydalı danışıqlar apardıq",- deyә C.Uorlik bildirib.