Ölkə

Vurğun Əyyub Müsavatdan qovulmasından danışdı: “Maraqlandırmır”

Metbuat.az

Vurğun Əyyub Müsavat Partiyasının Məclis üzvlüyündən çıxarılmasına münasibət bildirib.

O, APA-ya açıqlamasında Məclis üzvlüyündən çıxarılmasından xəbərsiz olduğunu bildirib: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.

Qeyd edək ki, V. Əyyub Müsavatın Məclisini, eləcə də digər strukturları qeyri-legitim hesab edir.

O, Müsavat Məclisinin bu gün keçirilmiş toplantısında sabiq başqan İsa Qəmbərin təklifi ilə Məclis üzvlüyündən çıxarılıb.