Vurğun Əyyub İsa Qəmbərin təklifi ilə Müsavat Məclisinin üzvlüyündən çıxarıldı
Bu gün Müsavat Məclisinin toplantısında
Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.
Müsavat Məclisinin sədri
Nüşabə Sadıqlıbildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib.
Milli.Az
APA-ya istinadən xəbər verir ki, o, V.Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.
Müsavat başqanının müavini
Elman Fəttahisə qeyd edib ki, V.Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki artıq bu istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.
Qadınlar Birliyinin sədri
Ellada Məmmədliisə V.Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.
Sabiq başqan
İsa Qəmbər isə qeyd edib ki, V.Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Təkli nəzərə alınaraq, V.Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.
Milli.Az