“Volvo” avtomobil şirkəti beşinci zavodunu ABŞ-da açacaq
Bakı, 4 aprel,
AZƏRTAC“Volvo” avtomobil şirkəti beşinci zavodunu ABŞ-da açacaq. “Volvo”nun digər dörd zavodu isə hərəsində iki ədəd olmaqla, Avropa və Çində yerləşir. Yeni zavodun nəqliyyat xərclərini və valyuta bazarındakı mənfi tendensiyadan qaynaqlanan itkiləri azaldacağı bildirilir.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, təxminən 500 milyon dollara başa gələcək müəssisənin ABŞ-ın hansı şəhərində qurulacağına hələ qərar verilməyib. Bazar analitikləri, 2010-cu ildə çinli Zhejiang Geely Holding tərəfindən satın alınan “Volvo” avtomobil şirkətinin bu qərarını ABŞ-dakı satışların azalacağı ilə əlaqələndirərkən, şirkətin səhmləri qərarın açıqlanmasının ardından 1,5 faizdən çox dəyər qazanıb.
Qeyd edək ki, “Volvo” avtomobil şirkətinin ABŞ-dakı satışları keçən il 8 faiz azalaraq 56 minə çatıb.