Dünya

Volkan Bozkır: Avropa Parlamenti öz qərarı ilə tarixi siyasətə alət etdi

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Avropa Parlamenti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarla Türkiyənin xoş niyyətinə zidd olaraq tarixi siyasətə alət etdi.


AZƏRTAC

Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən söyləyib.


Nazir bildirib ki, Avropa Parlamentinin bu qərarı tarixi və hüquqi reallıqlarla üst-üstə düşmür. Belə qərarlar Türkiyə dövləti və xalqı üçün yox kimi bir şeydir. Yüz milyonlarla avropalını təmsil edən Avropa Parlamentinin vəzifəsi tarix yazmaq deyil.


Xatırladaq ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Avropadakı vətəndaş cəmiyyətləri, parlamentarilər, assosiasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa İttifaqı Şurası qondarma erməni soyqırımı ilə bağlı anım mərasimini qeyd etməyə çağırılır.