Dünya

Vladimir Putin intihar edəcək?

Metbuat.az

Rusiya Baltikyanı ölkələrə hücum etməyəcək.



ANS PRESS-in məlumatına görə, bu barədə Çexiya prezidenti Miloş Zeman açıqlama verib.



Onun sözlərinə görə, Putin Baltikyanı ölkələrə hücum edərsə, NATO-nun sərt reaksiyası ilə üzləşəcək.



"Mən hesab etmirəm ki, Rusiya NATO-ya üzv ölkələrdən birinə hücum edərək müharibəyə başlasın. Çünki Vladimir Putin böyük ehtimalla intihar etməyəcək. O yaxşı bilir ki, NATO-ya üzv ölkələrə hücum hansı nəticə verəcək", - deyə Miloş Zeman bildirib.



Onun sözlərinə görə, Rusiya aqressiv siyasət yürütməklə yanaşı siyasi və iqtisadi sanksiyaları da nəzərə almalıdır.

Mənbə
ANS PRESS