Digər
Mənbə
ANS PRESS
Vitse prezident ağzında əmziklə (FOTO)
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cozef (Co) Baydenin şəkli müzakirə mövzusuna çevrilib.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə onun ağzında əmzik olan şəkli yayılıb. Foto "Vitse-prezident oğlanın əmziyini oğurlayırsa, uşaq nə edə bilər?" şərhi ilə paylaşılıb.
Şəkil Vaşinqtondakı Britaniya səfirliyində çəkilib. Nyu-Yorkun meri Maykl Blumberq səfirliyə gələrkən 15 aylıq nəvəsini də özü ilə gətirib. Co Bayden isə uşağı oynatmaq üçün qucağına alıb. Daha sonra o, qəfildən uşağın ağzındakı əmziyi çıxararaq öz ağzına qoyub. Uşaq da nə baş verdiyini anlamayıb və çaş-baş qalıb. Körpənin anası isə bu zaman vitse-prezidentlə körpənin şəklini çəkib və özünün Facebook sosial şəbəkə hesabında paylaşıb.
ANS PRESS