Dünya

Venesuelada göyərtəsində 1 tona yaxın kokain olan təyyarə qəzaya uğrayıb

Metbuat.az

[ 05 Aprel 2015 01:48 ]


Bakı-APA. Venesuelanın Koxedes ştatında göyərtəsində 1 tona yaxın kokain olan təyyarə qəzaya uğrayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər və ədliyyə naziri Nestor Reverol bildirib.

Onun sözlərinə görə, hadisə yerində 3 nəfərin meyiti və 1 tona yaxın kokain aşkarlanıb. Ehtimala görə , mafioz qruplaşmalar təyyarədən narkotik maddələrin daşınması üçün istifadə ediblər.

Hazırda polis qəzanın başvermə səbəbləri və təyyarənin sahibinin müəyyən edilməsi üçün müvafiq tədbirlər həyata keçirir.