Dünya
“VAZ” markalı ilk avtomobilin 45 illik yubileyi qeyd olunacaq
“Vaz-2101” markalı ilk avtomobilin istehsal edildiyi gündən 45 il ötür. Lent.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Volqa Avtomobil Zavodunun (VAZ) press relizində qeyd olunub.
“Vaz-2101” markalı birinci avtomobil Tolyattidə konveyerdən məhz 1970-ci ilin aprelin 19-da çıxıb.
“AvtoVAZ” bu əlamətdar tarix münasibəti ilə silsilə tədbirlər keçirəcək. Belə ki, müəssisədə ekskursiya, zavodun qarşısında müxtəlif illərdə buraxılan avtomobillərin sərgisi və 45 “VAZ 2101” markalı avtomobillərin avtoyürüşü təşkil olunacaq.