Ölkə

Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinski ilə görüşüb.


QMİ-dən

AZƏRTAC

-a bildirilib ki, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.


Roma Papası Fransiskə salamlarını və xoş arzularını çatdırmağı xahiş edən şeyxülislam Allahşükür Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.


Görüşə görə QMİ-nin sədrinə minnətdarlığını bildirən Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib. O, bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.


Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.