İdman
“Valensiya” son dəqiqələrdə xal itirdi – VİDEO
İspaniya La Liqasında 30-cu turun görüşləri davam edir.
Metbuat.az-ın xəbərinə görə, 4-cü pillədə qərarlaşan “Valensiya” “Mestalya”da “Atletik”i qəbul edib. İlk hissədə hesab açılmayıb. İkinci hissənin 60-cı dəqiqəsində fərqlənən De Paul “yarasalar”ı önə keçirib. Lakin “Valensiya” qələbə hesabını sona qədər qoruya bilməyib. 90-cı dəqiqədə Aduris status-kvonu bərpa edib.
“Atletik” – “Valensiya” – 1:1
Qollar: Aduris, 90 – De Paul, 60