Vahid Ələkbərov neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Bakı, 21 aprel,
AZƏRTACNeftin barrelinin qiyməti orta vədəli prespektivdə 75 dollar səviyyəsində sabitləşəcək.
Bu proqnozla “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, IHS Ceraweek 2015 konfransında çıxış edən “Lukoyl”un prezidenti Vahid Ələkbərov neftin barrelinin qiymətinin 75 dollar səviyyəsində sabitləşəcəyini deyib. Onun sözlərinə görə, bu orta vədəli prespektivdə baş verməlidir.
“Belə görünür ki, biz hasilat tempinin tədricən azalmasının və orta vədəli prespektivdə dünya bazarında neftin barrelinin 75 dollardan baha olmayaraq sabitləşəcəyinin şahidi olacağıq”, - deyə Ələkbərov bildirib.
Bununla belə “Lukoyl”un prezidenti neft şirkətlərinə çoxsaylı çətinliklər yaradan ucuzlaşmanın təkamül prosesinin bir hissəsi olduğunu da qeyd edib.