Dünya
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
V Pekin beynəlxalq film festivalı işə başlayıb
Pekin, 17 aprel,
AZƏRTAC
Dünya kino aləminin diqqəti bu günlər Çinin paytaxtı Pekinə yönəlib. Belə ki, aprelin 16-da V Pekin beynəlxalq film festivalı işə başlayıb.
Bir həftə davam edəcək festival çərçivəsində müxtəlif ölkələrdə istehsal olunmuş yeni filmlərin premyerası, şəhərin bir neçə kinoteatrında 300-ə yaxın filmin nümayişi, film mövzusunda forumların təşkili nəzərdə tutulub. Festivalın əsas hadisəsi isə 15 filmin “Tiantan” mükafatı uğrunda mübarizə apardığı müsabiqədir. Fransız rejissor Luk Bessonun rəhbərlik etdiyi müsabiqənin münsiflər heyətinə ABŞ, Koreya Respublikası, Braziliya, Rusiya və Çindən kino xadimləri daxildir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin