Ölkə

Uorlik Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və erməni icmaları ilə müzakirə edəcək

Metbuat.az

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyuston şəhərində ABŞ-ın Azərbaycan və erməni icmalarının nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

O, qeyd edib: "Birləşmiş Ştatların Azərbaycan və erməni icmalarının nümayəndələri ilə görüşmək üçün Hyustona yola düşürəm. Bizə Dağlıq Qarabağ münaqişəsi üzrə səmimi müzakirələr lazımdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az