Ölkə

Universitetlərin yarışması davam edir

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

“İrəli” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən “iRadio” dinləyicilərə maraqlı verilişlər təqdim etməkdədir.


İB-dən

AZƏRTAC

-a bildiriblər ki, aprelin 11-də “iRadio”nun “3 nöqtə” verilişində “Könüllülük fəaliyyəti gənclər üçün xeyirlidirmi?” mövzusunda təşkil olunacaq növbəti ictimai müzakirədə Azərbaycan Dövlət Neft və Dövlət İdarəçilik akademiyalarının təmsilçiləri iştirak edəcəklər.


İzləyicilər “www.iradio.az” saytına daxil olaraq müzakirə iştirakçılarına səs verə bilərlər.


Qeyd edək ki, “3 nöqtə” verilişində hər həftə fərqli mövzuda ictimai müzakirə aparılır. Veriliş zamanı iki universitet yarışır. Veriliş üç mərhələdən ibarətdir. İlk mərhələdə 12 universitet mübarizə aparacaq. Qalib gələn altı komanda ikinci mərhələdə yarışacaq. Final mərhələsində isə qalib universitet bəlli olacaq. Qalib universitetin təmsilçisi “İrəli” İctimai Birliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.