Dünya
ANS PRESS
Universitetə hücumda ölənlərin sayı artdı
Keniyanın şimal-şərqində yerləşən Qarissa Universitetində terrorçuların hücumu nəticəsində ölənlərin sayı artıb.
ANS PRESS-in məlumatına görə, 700-ə yaxın tələbəni girov götürmüş "Əş Şəbab" qruplaşması döyüşçülərin universitetə hücum zamanı ölənlərin sayının 147 nəfərə çatdığı bildirilir.
Ölkənin rəsmi qurumları xüsusi əməliyyat nəticəsində 4 silahlının öldürüldüyünü, içəridə saxlanılan 500-dən çox tələbənin xilas edildiyini vurğulayıb.
Yaranmış vəziyyətlə bağlı ölkənin bir çox rayonlarında komendant saatı elan olunub.
Qeyd edək ki, Keniya hökümət universitetə edilmiş qanlı hücum planının "Əş Şəbab" rəhbərlərindən olan Məhəmməd Kuno tərəfindən hazırlandığını bildirərək, onun “başına” 217 min dollar mükafat qoyub.
MənbəANS PRESS