UNESCO-nun baş direktoru ukraynalı jurnalistin qətlini pisləyib
Paris, 18 aprel,
AZƏRTAC.
Aprelin 17-də UNESCO-nun baş direktoru İrina Bokova ukraynalı jurnalist Oles Buzinin qətlə yetirilməsini pisləyən bəyanatla çıxış edib.
Baş direktor hakimiyyəti jurnalistin qətli ilə bağlı təcili araşdırmalara başlamağa və qatilin tezliklə tapılaraq məsuliyyətə cəlb olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb.
İrina Bokova bildirib ki, jurnalistlər təhlükəsiz şəraitdə öz peşə borcunu yerinə yetirmək imkanına malik olmalıdır və həyatlarını təhlükə qarşısında qoyan bu insanların fəaliyyətləri üçün hər cür şərait yaradılmalıdır. Hakimiyyət qətlin hansı məqsədlə törədildiyini tədqiq etmək üçün bütün səylərini səfərbər etməlidr.
Xatırladar ki, tanınmış jurnalist və yazıçı Oles Buzin aprelin 17-də naməlum şəxslər tərəfindən yaşadığı evin qarşısında qətlə yetirilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris