UNCHR: batmış gəmidə 700-dən çox insan boğulub
Berlin, 21 aprel,
AZƏRTACBMT ötən bazar günü batmış gəminin qurbanlarının sayını dəqiqləşdirib. Əvvəlcə 700 nəfərin suda boğulduğunu ehtimal edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) son məlumatına görə, təxminən 800 nəfərin həlak olması barədə danışmaq lazımdır. UNCHR və İOM-um nümayəndələri Kataniya portunda sağ qalanlarla aparılan söhbətdən sonra bu nəticəyə gəliblər.
Eyni zamanda, Siciliya portuna çatdırılmış sağ qalan 27 qaçqın arasında batan gəminin kapitanı və birinci şturman da olub. Onların hər ikisi insan alverində şübhəli bilindikləri üçün saxlanıblar. Çərşənbə axşamına keçən gecə, yəni aprelin 21-də “Reuters” agentliyi yerli prokurorluğa istinadla bildirib ki, söhbət batmış gəminin kapitanından və birinci şturmanından – tunisli və suriyalıdan gedir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Belin