Dünya

Ukraynadan Rusiyaya qarşı daha bir qadağa

Metbuat.az

Ukraynanın Ali Radası totalitar Kommunist və Nasist rejimlərinin təbliğini qadağan edən qanun qəbul edib.



ANS PRESS-in məlumatına görə, 450 deputatdan 254-ü sənədin lehinə səs verib.



Qanuna görə, 1917-1991-ci illərədək ölkəni idarə edən kommunist hakimiyyəti dövlət terroru siyasəti həyata keçirən cinayətkar rejim hesab olunur.



Sənəddə keçmiş rejimin simvol və təbliğatının qadağan olunması, habelə keçmiş Sovet lideri Vladimir Leninin heykəli də daxil olmaqla sovetlər dövrünə aid digər abidə və portiterlərin yığışdırılması nəzərədə tutulur.



Sənədin bu gün rəsmən elan edildikdən sonra qüvvəyə minəcəyi gözlənilir.



Bu İkinci Dünya Müharibəsi vaxtı Ukrayna ərazisinin əksər hissəsinə nəzarət etmiş və sonradan Sovet ordusu tərəfindən qovulmuş Nasist rejiminə də aiddir.

Mənbə
ANS PRESS