Dünya

Ukraynada jurnalist qətlə yetirilib

Metbuat.az

[ 16 Aprel 2015 16:19 ]



Bakı. Məlahət Nəcəfova - APA. Ukraynada jurnalist Oles Buzina qətlə yetirilib. APA-nın “unn.com.ua” saytına istinadən verdiyi məlumata görə, qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.