Ukraynada etnik xalqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirəyə azərbaycanlılar da qatılıb
Bakı. 15 aprel. REPORT.AZ/ Ukrayna Millətlər As
sambleyası Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) ilə birgə Nikolayev şəhərində ölkədə yaşayan əksər etnik xalqların nümayəndələrinin iştirakı ilə toplantı keçirib. BUAK-dan "Report"a verilən məlumata görə, toplantının mövzusu Ukraynada dövlət və siyasi elitanın formalaşmasında etnik xalqların rolu olub.
Milli azlıqların liderləri, hüquq müdafiəçiləri və yerli deputatların iştirakı ilə keçən müzakirələr zamanı eyni zamanda hazırkı proseslərdə ksenofobiya, etnik ayrı seçkilik hallarına qarşı mübarizədə etnik xalqların birliyinin vacibliyi vurğulanıb.
Assambleyanın rəhbəri və BUAK sədri Rövşən Tağıyev bildirib ki, etnik xalqlar öz hüquqlarını sona qədər müdafiə etməlidir: “Bununla bağlı baş verən hansısa xoşagəlməz hal baş verdikdə mütləq siyasi hakimiyyət qarşısında tələb qoymaq, məhkəmələr qarşısında öz hüququndan istifadə etmək lazımdır. R. Tağıyev onu da vurğulayıb ki, müasir dövrdə milli əlamətə görə insanların bölmək olmaz: “Etnik millətlərin nümayəndələri özləri isə Ukrayna cəmiyyətinə inteqrasiya etməlidirlər”.
Bildirilib ki, Ukrayna Millətlərin Assambleyası bundan sonra da bu istiqamətdə iş aparacaq,
Ukraynanın bütün etnosların nümayəndələrinin birləşməsinə və birliyi istiqamətində, onların qanuni hüquqlarının və maraqlarının qorunmasını daim təmin edəcək.