Dünya

Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi

Metbuat.az

Ukrayna Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini ekstradisiya etməkdən imtina edib.



ANS PRESS xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.



Məlumatda deyilir ki, bu ölkədə siyasi fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən istifadə edərək törətdiyi iddia olunan cinayətlərə görə Saakaşvilinin məsuliyyət daşıması barədə Gürcüstan Ədliyyə Nazirliyinin ekstradasiya tələbini başa düşmür.



Gürcüstanın sabiq prezidenti barəsində rəsmi Tiflisin ekstradisiya tələbi Saakaşvilinin siyasi fəaliyyətinə görə başlandığı bildirilir.



Belə ki, Mixail Saakaşvili yenidən hakimiyyətə gəlmək üçün Gürcüstana qayıtmağa hazır olduğunu söyləyib. i. Onun sözlərinə görə, Gürcüstanın hazırkı hökuməti ölkəyə yoxsulluq gətirib.



Saakaşvili tərəfdarlarının Tiflisdə keçirdiyi son kütləvi aksiyası da Gürcüstan hakimiyyətinə xalqın inamının getdikcə mənfiyə dəyişməsini göstərir.

Mənbə
ANS PRESS