Dünya
Ukrayna prezidenti: "Desentralizasiya ərazi bütövlüyü və müstəqilliyə şamil edilməyəcək"
"Bi sıra məsələlər var ki, orada mərkəzin rolu artırılmalıdır. Bura müdafiə, milli təhlükəsizlik, xarici siyasət məsələləri daxildir", - o vurğulayıb.
Ukrayna dövlət başçısının sözlərinə görə, desentralizasiya hüquq və vətəndaş azadlığı, suverenliyin təmin edilməsi, ərazi bütövlüyü və Ukraynanın müstəqilliyinə şamil edilməyəcək.
Aprelin 6-da Pyotr Poroşenko bəyan edib ki, Konstitusiya komissiyası vacib sayarsa, o zaman ölkənin federallaşması məsələsini referenduma çıxarmağa hazırdır.