Dünya

Ukrayna Müdafiə Nazirliyi: Donbasda döyüşən birləşmələr Silahlı Qüvvələrin tərkibinə daxil edilib

Metbuat.az

[ 12 Aprel 2015 07:32 ]



Bakı-APA. Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin cənub şərqində aparılan xüsusi əməliyyatda iştirak edən birləşmələrin hamısı Ukrayna ordusunun tərkibinə daxil edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında bildirilir.  

“Ukrayna prezidentinin göstərişinə əsasən, antiterror əməliyyat zonasında bütün hərbi birləşmələr  Ukrayna Silahlı Qüvvələrin və Milli Qvardiyanın tərkibinə daxil edilib”, deyə məlumatda bildirilir.

Stepan Poltorak döyüş bölgəsində və təmas xəttində hazırda könüllü və digər silahlı birləşmələrin olmadığını qeyd edib.