Digər
Üfürdülər, üfürdülər…amma evi yıxa bilmədilər
Onlar “Üç çoşqa” nağılındakı canavar kimi üfürdülər, üfürdülər…amma evi yıxa bilmədilər.
Yəni Avrozonanın evini…
Yanvar ayında hakimiyyətə gələndən bəri Alexis Tsipras və onun hökuməti çox fəndlərə əl atıb: ayaqlarılnı yerə döyüb, tozanaq qaldırıb və hay-küy salıb.
Milli.Az Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyaya, bu ölkənin silahlı ekstermistləri də daxil, qanunsuz miqrantların axınına məruz qoyulacağına, İkinci Dünya Müharibəsi təzminatlarının əvəzinə Yunanıstandakı alman mülkiyyətinin müsadirə ediləcəyinə və nəhayət ən axırda Rusiya kartının oynanılacağına dair hədələr ünvanlanıb.
Bunu başqa cür də demək olar: “Əgər bizə ehtiyacımız olan kredit ödənişləri və anti-qənaət islahatlarımız üçün pul verməsəniz, gedib pravoslav dindaşımız, Avropa İttifaqı ilə NATO arasına ixtilaf salmaq istəyən və bununla hədələyən Rusiyaya yaxınlaşarıq. Ay Avropa İttifaqı, əgər bizə kömək etməsən, başqa yollarımız da var ha!..”
Yöndəmsiz hərəkət?
Reallıqda isə, Yunanıstan Avropa İttifaqına və NATO-ya möhkəm pərçimlənib və bunu hamı bilir. Şübhəsiz ki, Yunanıstan liderinin Moskva səfərindən əsəbiləşsə də, Avropa İttifaqı bu məsələni şişirtməməyə üstünlük verib.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande lakonik şəkildə işarə vurublar ki, onlar da Moskvaya səfər ediblər, amma Avropa İttifaqında qalıblar.
Öz partiyasının ifrat solçuları, qəzəbli elektorat və beynəlxalq kreditorların arasında vurnuxan yeni yunan baş nazirinin Rusiyaya doğru manevrini daha bir yöndəmsiz hərəkət saymaq olar.
Cənab Tsiprasın Moskva səfəri onun ölkəsinin Beynəlxalq Valyuta Fonduna kredit üzrə növbəti tranşı – 450 milyon avronu keçirmək vaxtı ilə üst-üstə düşüb. Yunanıstan deyir ki, bu pulu birtəhər toparlayıb və çümə axşamı günü ödəyəcək. Lakin kredit borcları üzrə ödənişlər kimi, pensiyaların və dövlət sektoru işçilərinin maaşlarının ödənməsi çətinləşir.
Əslində, Yunanıstan, köməyi, Qərb sanksiyalarından və qiyməti ölən neftdən aldığı yaralarını yalayan Rusiyada deyil, hazırda üzvü olduğu qrupda – avrozonada axtarmalıdır.
İndi burada, Brüsseldə bütün fikirlər maliyyə nazirlərinin ayın axırında keçiriləcək görüşünə yönəlib.
Geniş yayılmış məyusluq
Yunanıstan hazırda iflasdan xilasetmə üzrə verilən kreditin qalan hissəsini – 7,2 milyard avronu səbirsizliklıə gözləyir. Lakin islahatlar proqramının ortada olduğu bir şəraitdə bu pul ölkənin ehtiyaclarını ödəyəcəkmi?
Artıq belə söhbətlər gedir ki, Yunanıstanın müflislikdən azad edilməsi üçün 3-cü kreditə ethiyac ola bilər və buna görə də bütün avrozona boyunca dilxorçuluq hökm sürür.
Bunu da əlavə etmək lazımdır ki, hələ də çox ölkələr, elə əsas da Rusiyaya görə Yunanıstana kömək etməyə hazırdırlar. İkinci səbəb isə budur ki, başqa cür olsa, onda qənaət tədbirlərinin və Yunanıstanı dirçəltmək üçün xərclənmiş avrozona pullarının hədər getdiyini etiraf etmək lazım gələrdi.
Lakin məyusluq geniş yayılıb.
Əlbəttə, xanım Merkeldən, Avrozonanın ən böyük iqtisadiyyatının kraliçasından çox şey asılıdır. Mən bu yaxınlarda Almaniya kanslerinə yaxın bir Avropa millət vəkili ilıə söhbət edirdim. O mənə dedi ki, o son dəfə xanım Merkeli görəndə, kansler tamam yorğun görünürmüş. Merkel millət vəkilinə deyib ki, Yunanıstanı xilas edə bilmək üçün daha ağlına heç bir şey gəlmir.
Angela Merkel bir ideoloq kimi yox, bir praqmatik kimi Yunanıstana veriləcək kreditin partiyası, ən başlıcası isə elektoratı tərəfindən necə qarşılana biləcəyini yaxşıca ölçüb-biçəcək.
Elə o da cənab Tsipras kimi odla su arasında qalıb. Bir tərəfdən daha mühafizəkar Xristiam Demokrat İttifaqı, digər tərəfədən isə Almaniya üçün Avroskeptik Alternativ və getdikcə daha çox yunanfob olan cəmiyyət.
Mərclər artıq qoşulub
Bu, sonu bəlli olmayan bir yoldur.
Bir tərəfdən avrozona sazişi üzv ölkənin onu tərk etməsi və ya oradan qovulması üçün heç bir hüquqi bazaya malik deyil, digər tərəfdən isə bu da bilinmir ki, Yunanıstanın qeyri-adi, xəyalpərvər siyasətçiləri nə edəcəklər.
Özlərini odamı vuracaqlar, yoxsa qəzəbli elektorata verdikləri bütün vədlərdən geri çəkilmək üçün özlərində cəsarət tapa biləcəklərmi?
Bəlkə elə buna görə də cənab Alexis Tsipras çərşənbə günü Moskvadakı mətbuat konfransında Vladimir Putinlə yanaşı oturub Avropa İttifaqının sanksiyalarını burunlayanda özünü bu qədər rahat hiss edirdi. O İttifaq ki, onun ölkəsini maliyyə miskinliyindən çıxarmağa çalışır.
Bəlkə o belə düşünür ki, şəxsən onun itirəcəyi heç nə yoxdur.
Mərclər, yəni ümidlər ona bağlanıb ki, avrozona ayaqlarını yerə döyüb, tozanaq qaldırıb, hay-küy salıb axırda Yunanıstanın borclarına bir çarə edib çıxış yolu tapacaq.
Hətta belə olmasa və Yunanıstan avrozonadan çıxarsa da, cənab Tsipras öz ölkəsinin şərəf və ləyaqətini qorumaq üçün Brüsseldəki oğlanlara gücünü göstərmiş qoçaq kimi qalacaq.
Milli.Az