Dünya

Türkiyənin xarici işlər naziri Vilnüsə səfər edəcək

Metbuat.az

Vilnüs, 2 aprel,

AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-də Litvaya səfər edəcək. Səfər zamanı Litva və Türkiyənin nümayəndələri ikitərəfli siyasi və iqtisadi əlaqələri, Türkiyənin Avropa İttifaqına inteqrasiyası prosesini, habelə Ukraynada vəziyyəti müzakirə edəcəklər.


M.Çavuşoğlu Litva Prezidenti Dalya Qribauskayte, Baş nazir Alqirdas Butkyaviçyus, xarici işlər naziri Linas Linkyaviçyusla görüşəcək.



Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs