Türkiyənin Səlcuq Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı təqdimatlar keçirilib
Bakı 4 aprel,
AZƏRTACTürkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində sənət və tasarım (Dizayn) fakültəsi və ədəbiyyat fakültəsinin tələbə və müəllim heyəti üçün “Azərbaycan multikulturalizmi” mövzusunda təqdimatlar keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən
AZƏRTAC-a bildirilib ki, Mərkəzin analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunun müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib. N.Qasımzadə bu tədbirlərdə Azərbaycan hökumətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.
Təqdimatlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xaricdə keçirdiyi layihələr çərçivəsində reallaşıb.