Ölkə
AZƏRTAC
Türkiyənin “Akademi Sancak” şirkətinin nümayəndələri ANAMA-da olublar
Bakı, 13 aprel,
AZƏRTACTürkiyənin “Akademi Sancak” şirkətinin idarə heyətinin sədri, general-mayor Ahmet Can Çevikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olub.
AZƏRTAC
ANAMA-nın saytına istinadla xəbər verir ki, agentliyin təcrübəsi ilə yaxından tanış olmaq və təlim imkanlarını öyrənmək məqsədi daşıyan görüşdə qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qonaqlar səfər çərçivəsində ANAMA-nın Horadiz regional bazası və Göygöl Beynəlxalq Təlim Mərkəzi ilə tanış olublar.