Türkiyəli qapıçı UEFA-ın ən yaxşıları siyahısında
Türkiyə millisinin əfsanəvi qapıçılarından olan Rüştü Rəncbər öz mövqeyində ən yaxşılardan biri kimi qəbul edilib.
ANS PRESS-in məlumatına görə, Türkiyə millisinin, eyni zamanda uzun müddət “Fənərpaxça” klubunnun şərəfini qoruyan Rüştü Rəncbər UEFA-nın rəsmi internet səhifəsində açıqladığı Avropanın ən yaxşı qapıçıları siyasında göstərilib.
Avropanın ən yaxşılarından biri kimi qəbul edilən Rüştü Rəncbərin kariyerasındakı yüksəlişin türk futbolunda da özünü göstərdiyi vurğulanıb. Onun 2002-ci ildə Dünya Çempionatında göstərdiyi möhtəşəm performans nəticəsində komandasının üçüncülük qazandığı, bundan başqa, “Euro 2008”in yarım finalındakı çıxışları da müsbət mənada xatırlanıb.
Qeyd edək ki, sözgedən siyahıda Peter Şmeyxel, Jan-Mari Pfaf, Petr Çex Qordon Benks, Zep Mayer, Fabyen Bartez, Edvin van der Sar, Dino Zoff və Lev Yaşinin də adı göstərilib.
MənbəANS PRESS