Dünya

Türkiyədə Xocalı faciəsi haqqında məlumatın əks olunduğu lövhə yararsız hala salınıb

Metbuat.az

Türkiyənin Manisa vilayətinin Turqutlu bələdiyyəsi ərazisindəki Xocalı parkında Xocalı faciəsi haqqında məlumatın əks olunduğu lövhə yararsız hala salınıb.



Bu barədə

Trend

Türkiyənin "Beyazgazete" saytına istinadən məlumat verir.



Turqutlu bələdiyyəsinin sədri

Turqay Şirin

faktla bağlı açıqlama verərək, lövhəni yararsız hala salanların tapılması üçün axtarışa başlandığını bildirib və tez bir zamanda parkda yeni lövhənin yerləşdiriləcəyini qeyd edib.



Məlumat üçün qeyd edək ki, bu il fevralın 28-də Türkiyənin Manisa şəhərinin Turqutlu bələdiyyəsində Xocalı Şəhidləri Parkı açılıb. Parkın açılış mərasimində Türkiyə parlamentinin deputatı

Sinan Oğan

, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi

Kənan Məmmədov

, Türkiyə Azərbaycan Dərnəyinin sədri

Ənvər Türkoğlu

, bələdiyyə sədrinin müavinləri

Hakan Sezer

,

İsgəndər Tunc

, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, çox sayda yerli sakin iştirak edib.



Milli.Az