Dünya

Türkiyədə torpaq davası: 1 ölü, 4 yaralı

Metbuat.az

Türkiyənin Mardin vilayətində Artuklu Universitetinin ərazisində atışma olub.

Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Hadisə iki qruplaşmanın universitet yaxınlığında ticarət obyektinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsini bölüşə bilməməsi səbəbindən baş verib.

Milli.Az