Dünya

Türkiyədə seçkinin erməni namizədləri

Metbuat.az

Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkisində 3 partiya erməni namizədlə iştirak edəcək.



ANS PRESS-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP), anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) və separatçı kürdlərin Xalqın Demokratiya Partiyasının (HDP) seçkidə 1 erməni namizədi olacaq.



Qeyd edək ki, hər 3 erməninin namizədliyi İstanbul şəhərindən irəli sürülüb.



AKP İstanbul 2-ci bölgə 12-ci sırada Makar Eseyanın, CHP 2-ci bölgə 1-ci sıradan Selina Doğanın, HDP isə İstanbul 3-cü bölgə 2-ci sıradan Karabet Paylanın namizədliyini irəli sürüb.



CHP və HDP namizədlərinin qərarlaşdıqları sıraya görə Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat kimi girmələri mümkün görünür.



Hər 3 namizəd TBMM-də Türkiyə ermənilərini təmsil etməyə çalışacaq.


Mənbə
ANS PRESS