Dünya

Türkiyədə şagirdləri daşıyan avtobusla mikroavtobus toqquşub: 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Metbuat.az

[ 06 Aprel 2015 19:07 ]


Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Konya şəhərində şagirdləri daşıyan avtobusla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.

APA-nın “Milliyet” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 11 nəfər yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.