Dünya
Türkiyədə qətlə yetirilən prokurorun adı əbədiləşdirilib
Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul Çağlayan Ədalət Sarayına prokuror Mehmet Selim Kirazın adı verilib.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, bundan sonra Çağlayan Ədalət Sarayı Mehmet Selim Kiraz adına Ədalət Sarayı adlanacaq.
Xatırladaq ki, martın 31-də İstanbul prokuroru Mehmet Selim Kiraz vəzifə başında qətlə yetirilib.