Dünya
Türkiyədə peyğəmbəri təhqir edən iki jurnalisti 4,5 il həbs gözəyir
Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyə prokurorluğu Fransanın satirik jurnalı "Charlie Hebdo"nun Məhəmməd peyğəmbərin (s.a.a.s) təsviri olan üz qabığını yenidən çap etməkdə ittiham olunan iki jurnalistin həbsinə nail olmağa çalışır.
"Report" xəbər verir ki, bu barədə təsvirlərin dərc olunduğu "Cumhuriyet" qəzeti məlumat yayıb.
Jurnalistləri "İslami dəyərləri təhqir etdiklərinə" görə, 4,5 il müddətinə həbs gözləyir.