Dünya

Türkiyədə keçiriləcək parlament seçkilərində 20 partiya iştirak edəcək

Metbuat.az

İstanbul, 16 aprel,

AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinə keçiriləcək növbəti seçkilərdə iştirak etmək hüququ qazanan siyasi partiyaların adları elan olunub.


Ali Seçki Komissiyasından verilən məlumata görə, 20 siyasi partiyanın seçkilərdə iştirakına icazə verilib. Siyahıya Ədalət və İnkişaf, Millətçi Hərəkat, Cümhuriyyət Xalq, Haqq və Ədalət, Səadət və digər partiyalar daxildir.


Bundan başqa, komissiya 166 bitərəf namizədi qeydə alıb.


Xatırladaq ki, iyunun 7-də Türkiyədə 25-ci parlament seçkiləri keçiriləcək.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul