Dünya
AZƏRTAC
Türkiyədə inşa ediləcək “Akkuyu” nüvə-güc stansiyası planlaşdırılan vaxtdan daha tez istifadəyə veriləcək
Bakı, 2 aprel,
AZƏRTACTürkiyənin Mersin vilayətində inşası nəzərdə tutulan “Akkuyu” nüvə-güc stansiyası planlaşdırılan vaxtdan daha tez istismara veriləcək.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Akkuyu Nükleer AŞ”nin baş direktoru Fuad Axundov məlumat verib. O, bildirib ki, hazırda stansiyanın tikintisi ilə bağlı müvafiq orqanlardan icazələr alınır və biz hidravlik liman işləri tenderini sona çatdırmaq niyyətindəyik. Stansiyanın inşasında əsas müqaviləni türk şirkətinə verəcəyik və tikinti işlərinin sürətlə aparılmasını təmin edəcəyik.
“Hazırda işlərdə hər hansı gecikmə müşahidə olunmur. Stansiya nəzərdə tutulan 7 ildən daha tez tikilib istifadəyə veriləcək”, – deyə F.Axundov bildirib.