Dünya

​Türkiyədə ilk AES-in təməlqoyma mərasimi keçirilib

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyənin Atom Elektrik Stansiyası (AES) layihəsi çərçivəsində ilk AES-in (Akkuyu Atom Elektrik Stansiyası) təməlqoyma mərasimi keçirilib.


"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, tədbirdə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız da iştirak edib.


Məlumatda bildirilib ki, ilkin dəyərləndirməyə əsasən tikinti 8 milyard dollara başa gələcək. Stansiya 9 ballıq zələzələyə davam gətirəcək. AES-in 2016-cı ilin sonunda  istismara veriləcəyi planlaşdırılıb.