Dünya

Türkiyədə hərbi hissədə yanğın

Metbuat.az

Türkiyənin İstanbul şəhərindəki hərbi hissələrdən birində yanğın baş verib.



ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Üsküdar rayonundakı “Səlimiyə” hərbi hissəsində meydana gəlib.



Naməlum səbəbdən baş vermiş yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.



Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Mənbə
ANS PRESS