Dünya

Türkiyədə girov götürülmüş prokuror xilas edildi

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

 


İstanbulda girov götürülmüş prokuror Mehmet Selim Kiraz polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçuların əlindən xilas edilib.


AZƏRTAC

Anadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbul baş polis idarəsinin rəisi Selami Altınokun verdiyi məlumata görə, prokuroru girov götürmüş terrorçulardan ikisi əməliyyat nəticəsində məhv edilib. Yaralanan Mehmet Selim Kiraz isə xəstəxanaya yerləşdirilib.


Xatırladaq ki, martın 31-də İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürmüşdülər.