Dünya
Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub
Bakı, 5 aprel,
AZƏRTACTürkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, hadisə “Fənərbaxça”-“Çaykur Rizəspor” oyunundan sonra içərisində komanda üzvlərinin olduğu avtobus Trabzon hava limanına gedərkən Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.