Dünya

​Türkiyə Vatikandakı səfirini geri çağırıb

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyə hakimiyyəti məsləhətləşmələr aparmaq üçün Vatikandakı diplomatik nümayəndəsini geri çağırıb.


"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə

Xarici İşlər Nazirliyi

nin bəyanatında bildirilir.


Bundan əvvəl rəsmi Ankara Roma papasının qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatına görə Vatikanın Türkiyədəki səfirinə etirazını bildirmişdi.


Pontifik çıxışı zamanı 1910-cu ildə "ermənilərin qətlə yetirilməsini" "XX əsrin ilk soyqırımı" adlandırıb.