Dünya
AZƏRTAC
Türkiyə sənətinin görkəmli nümayəndəsi Kayahan vəfat edib
Bakı, 3 aprel,
AZƏRTACTürkiyənin məşhur pop müğənnisi, bəstəkar və şair Kayahan 66 yaşında vəfat edib.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə sənətinin görkəmli nümayəndəsi aprelin 3-də səhər saatlarında müalicə aldığı Acıbadəm Maslak xəstəxanada yumşaq toxuma xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Kayahan 1949-cu il martın 29-da İzmirdə anadan olub. Musiqi fəaliyyəti ərzində 13 kasset və SD yazdıran sənətçi 1986-cı ildə ilk dəfə “Altın portağal” mükafatına layiq görülüb. O, 1989-cu ildə Türkiyəni “Eurovision” müsabiqəsində “Gözlerinin hapsindeyim” mahnısı ilə təmsil edib.