Dünya
ANS PRESS
Türkiyə Rusiyanın bu hərəkətini qeyri-qanuni adlandırdı
“Krımda türk dilində danışan tatarlar təzyiq altında yaşayırlar”.
ANS PRESS-in məlumatına görə, bunu Litvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
XİN rəhbəri bu gün jurnalistlərin "Rusiyanın ilhaq etdiyi Krımdakı son vəziyyət necədir" sualına cavabında söyləyib ki, Krımda pozulan insan hüquqlarını müşahidə etmək üçün Türkiyə bölgəyə tezliklə nümayəndə göndərəcək.
Onun sözlərinə görə, Ankara Krımın ilhaqına görə qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Lakin biz heç vaxt qeyri-qanuni ilhaqı tanımayacağıq.
Xatırladaq ki, aprelin 1-də Krımda ATR TV, QHA xəbər agentliyi, Avdet qəzeti, Meydan FM radio stansiyası da daxil olmaqla bir neçə tatar dilində olan media orqanı bağlanıb.
MənbəANS PRESS