Dünya

​Türkiyə prezidenti Rumıniya səfərini yarımçıq kəsib

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya səfərini yarımçıq kəsərək ölkəsinə dönür.


"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.


Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Rumıniya prezidenti İohanninsin onun şərəfinə vercəyi şam yeməyinə  qatılmayıb.


Səfərin yarımçıq kəsilməsinə səbəb kimi İstanbul prokuroru Mehmet Selim Kirazın qətlə yetirilməsi göstərilib. Onun terrorçular tərəfindən ötən gün qətlə yetirilən prokurorun ailəsini ziyarəti edərək başsağlığı verəcəyi gözlənilir.