Dünya
Türkiyə prezdenti: "Bizim soyqırım kimi bir ləkəmiz yoxdur"
Qazaxıstana səfərə yola düşməmişdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti emənilərin qondarma "soyqırımı" ilə bağlı iddiaları haqda deyib: "Mənim ölkəmdə yüz min erməni yaşayır. Onların heç kimdən fərqi yoxdur. Bu məsələ ilə bağlı müdafiə olunmağa da ehtiyacımız yoxdur. Başqa dövlətlərin, ya da millətlərin dəyərləndirməsi də mənasızdır. Bunları bir qulağımızdan alıb, o birindən ötürərik".
R.T.Ərdoğan Avropa Parlamenitində "erməni soyqırımı" ilə bağlı səsverməyə çıxarılacaq layihə haqda da fikirini bildirb: "Orada hansı qərar qəbul ediləcəyini deyə bilmərəm. Millət və media olaraq, niyə müdafiə mövqeyində olmalıyıq? Bizim soyqırım kimi bir ləkəmiz yoxdur".